PSJ-nin hücumçusu Usman Dembele “Barselona”dakı dönəmlə müqayisədə hazırkı kluba münasibətdə öz hazırlıq prinsiplərinin necə dəyişdiyini açıqlayıb.
90deqiqe.Az-ın məlumatına görə, "FourFourTwo" futbolçunun dediklərini belə çatdırıb.
“Barselonaya gələrkən cəmi bir il yarım peşəkar karyeram var idi. Çox vaxt trenajor zalına getmirdim, sadəcə meydana çıxır, enerjim və, əlbəttə, istedadım hesabına oynayırdım.
Amma bir zədə, iki, üç, dörd zədədən sonra başa düşürsən ki, bədəninə qayğı göstərməlisən. Yüksək səviyyəli futbolda yalnız istedad kifayət etmir – əlavə iş, güc, düzgün qidalanma və yuxu tələb olunur. Sadəcə oyandığın kimi meydana çıxmaq mümkün deyil.
Mən anlayırdım ki, daha çox işləməli, güclənməli və rejimimə ciddi yanaşmalıyam. İndi isə bütün bunların nəticəsini PSJ-də görürəm və xoşbəxtəm”
Qeyd edək ki, Usman Dembele 2017–2023-cü illərdə “Barselona”nın formasını geyinib və ötən yay Paris klubuna transfer olunub.