AZ

Rusiya Avropada GPS sistemlərini pozur: 122 min reys...

2025-ci ilin ilk dörd ayında Şimali Avropada 122,6 min uçuş Rusiyanın GPS və digər peyk sistemlərinin işinə müdaxiləsi ilə qarşılaşıb.

Axar.az xəbər verir ki, bu barədə İsveç, Finlandiya, Estoniya, Litva, Latviya və Polşanın birgə hesabatında deyilib.

Ölkələr bu vəziyyətin beynəlxalq aviasiya təhlükəsizliyinə ciddi təhlükə yaratdığını qeyd ediblər.

Qeyd olunub ki, təkcə aprel ayında müdaxilələr bölgədə orta hesabla 27,4% və ya təxminən 43 min uçuşa təsir göstərib, bəzi ərazilərdə bu rəqəm 42%-i keçib.

Ümumilikdə 365 aviaşirkətin təyyarələri müdaxiləyə məruz qalıb.

Seçilən
3
3
axar.az

4Mənbələr