ain.az, Qaynarinfo portalına istinadən məlumat yayır.
63 yaşlı Hollivud aktyoru Tom Kruz və yeni sevgilisi, 37 yaşlı ulduz Ana de Armas münasibətlərində yeni mərhələyə qədəm qoyublar.
Qaynarinfo "Radar Online" portalına istinadən xəbər verir ki, cütlük birgə yaşayış üçün ev axtarır və artıq Böyük Britaniya ilə ABŞ-da dəbdəbəli malikanələrə baxış keçirir. Mənbələrin bildirdiyinə görə, onlar gələcək barədə ciddi düşünürlər:
"O, gözləmək istəmir. Tom nəyisə istəyirsə, dərhal addım atır. O, Ananı böyük romantik jestlərlə valeh edib və aktrisa bundan çox təsirlənib".
Kruz xüsusilə Böyük Britaniyada geniş bir malikanə axtarır. Lakin Ana de Armas Amerikadakı həyatından tamamilə imtina etmək niyyətində deyil, çünki onun Vermont ştatında şəxsi evi var. "Tom böyük, ailə üçün daimi yaşayış yeri olacaq bir məkan arzulayır", deyə mənbə əlavə edib.
Bununla belə, Kruzun həvəsinə baxmayaraq, aktrisanın dostları ona tələsməməyi tövsiyə edirlər. Lakin Ana aşiq olub və hər şeyin yaxşı getdiyinə inanır.
Tom Kruz və Ana de Armasın münasibəti 2025-ci ilin yayında Hollivudda ən çox müzakirə olunan mövzulardan biri olub. Onların Londonda keçirilən tədbirlərdə yaxınlaşdığı güman edilir.
"Missiya mümkünsüz" filmlərinin ulduzu üçün bu, Nikkol Kidman, Keti Holms və Mimi Rodcersdən boşandıqdan sonrakı ilk ciddi ictimai münasibətdir.
Ana de Armas isə daha əvvəl ispan aktyor Mark Klottetlə evli olub, həmçinin Ben Afflek ilə münasibətləri ilə gündəmə gəlmişdi. Hazırda cütlük Avropa və ABŞ arasında vaxt keçirir: onları Vermontda, həm də Kruzun məskunlaşdığı Londonda görüblər.
Aydın
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.