AZ

Nəriman Axundzadə Benfika ilə oyunu buraxacaq hücumçu almayan Qarabağ a daha bir zərbə

Sportal.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Millimizin İslandiyaya biabırçı məğlubiyyəti azarkeşlərə sarsıdıcı zərbə vurdusa,  Nəriman Axundzadənin zədələnməsi də dərd üstünə başqa dərd oldu. 

Axı, hücumçu ala bilməyən "Qarabağ" ümidini məhz Nərimana bağlayıb. Təəssüf ki, "Qarabağ" həkimlərdən şok xəbər alıb. Axundzadə 3-4 həftəliyinə sıradan çıxıb. 

Sportal.az saytına bu barədə məlumat verən "Qarabağ"ın mətbuat katibi Anar Hacıyev bildirib ki, baldır əzələsinin gərilməsi ilə üzləşən futbolçu qarşıdakı oyunları buraxmalı olacaq. 

Qeyd edək ki, Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanan "Qarabağ" sentyabrın 16-da, səfərdə "Benfika" ilə qarşılaşacaq. 

saytlarin hazirlanmasi

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
73
1
sportal.az

2Mənbələr