AZ

Ali Koç bu futbolçunun “Fənərbağça”dan getməsini istəmədi

BAKI, 7 sentyabr. TELEQRAF

Türkiyə təmsilçisi “Fənərbağça”nın qanalı futbolçusu Aleksandr Cikun Rusiya “Spartak”ına keçidi baş tutmayacaq.

Teleqraf “Sports Digitale” nəşrinə istinadən xəbər verir ki, Türkiyə klubunun prezidenti Ali Koç son anda futbolçunu satmaqdan imtina edib.

Cikunın komandadan ayrılmasını baş məşqçi Joze Maurinyonun qərarı olsa da, onun klubdan ayrılması planları dəyişib.

Daha əvvəl Cikunun “Spartak”la müqavilə imzalamaq üçün Moskvada tibbi müayinədən keçməyə hazırlaşdığı iddiaları yayılmışdı.

Xatırladaq ki, “Fənərbağça” 31 yaşlı müdafiəçini UEFA Avropa Liqasının əsas mərhələsi üçün iştirak ərizəsinə daxil etməyib.

Seçilən
71
teleqraf.com

1Mənbələr