AZ

“Çempionlar Liqasında favorit “Real”dır”

Madrid “Real”ının hücumçusu Kilian Mbappe cari mövsümdə Çempionlar Liqasının favoritini açıqlayıb.

90deqiqe.Az-ın məlumatına görə, "Bild" futbolçunun dediklərini belə çatdırıb. 

“Mən həmişə Madrid “Real”ını deyirəm. Avropada bir çox güclü komanda var, bunu keçən il yeni format sayəsində gördük. Bu il isə daha da maraqlı olacaq”

Xatırladaq ki, ötən mövsüm Madrid klubu Çempionlar Liqasının 1/4 finalına qədər irəliləmişdi. Hazırda turnirin qalibi Fransanın “Paris Sen-Jermen” komandasıdır. Ötən mövsüm finalda Paris klubu İtaliyanın “İnter” komandasını 5:0 hesabı ilə məğlub edib.

Seçilən
96
90deqiqe.az

1Mənbələr