AZ

Gəncədə söküntü zamanı tikili uçub, bir nəfər həlak olub

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinəGəncə şəhəri, Mirzə Yusif Axundzadə küçəsində dağıntılar altında 1nəfərin qalması barədə məlumat daxil olub.

Bu barədə Trend-ə nazirliyin mətbuat xıdmətindən məlumatverilib.

Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Gəncə RegionalMərkəzinin xilasediciləri çağırış üzrə cəlb olunublar.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyənedilib ki, söküntü işləri aparılarkən tikilinin bir hissəsininuçması nəticəsində orada çalışan vətəndaş dağıntının altındaqalıb.

Həyata keçirilən tədbirlər nəticəsində dağıntının altında qalmış1985-ci il təvəllüdlü Taleh İdris oğlu Kərimovun meyiti çıxarılaraqaidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırmaaparılır.

Seçilən
81
11
az.trend.az

10Mənbələr