AZ

Erik Qarsiya “Barselona” ilə yeni müqavilə imzalayacaq

“Barselona”nın mərkəz müdafiəçisi Erik Qarsiya yeni müqaviləyə imza atacaq.

90deqiqe.Az-ın məlumatına görə, tərəflər arasında razılaşma 2030-cu ilin iyun ayının sonuna qədər nəzərdə tutulur. Ehtimal olunur ki, bütün imzalar Milad bayramından əvvəl qoyulacaq.

Cari mövsümdə 24 yaşlı futbolçu La Liqada üç oyuna çıxıb və məhsuldar hər hansı hərəkət etməyib. Müdafiəçinin mövcud müqaviləsi gələn yayadək qüvvədədir.

Daha əvvəl bildirilib ki, “Barselona”nın baş məşqçisi Hans-Diter Flik Qarsiyanı yüksək qiymətləndirir.

Seçilən
1
90deqiqe.az

1Mənbələr