GlobalInfo portalından verilən məlumata əsasən, ain.az bildirir.
İsrail və Danimarka xarici işlər nazirləri birgə mətbuat konfransında Qəzzadakı vəziyyətlə bağlı mübahisə edib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Times of Israel” məlumat yayıb.
“Bu səhər Qüdsdə keçirilən birgə mətbuat konfransında İsrail xarici işlər naziri Gideon Saar və Danimarkanın xarici işlər naziri Lars Lokke Rasmussen Qəzzadakı humanitar vəziyyətlə bağlı ziddiyyətli şərhlər verib. Onlar xəstələrin ərazidən təxliyəsi ilə bağlı fikir ayrılığına düşüblər. Qəzzada humanitar vəziyyətdən danışan Saar irəliləyişə diqqət çəkib. “Biz Avropa İttifaqı (Aİ) ilə bu istiqamətdə bütün razılaşmalarımızı yerinə yetirmişik”, – deyə nazir bildirib.
Bununla belə, Rasmussen, Qüdsün humanitar məsələdə əldə etdiyi irəliləyişləri kiçik hesab edib. “Biz heç bir ciddi irəliləyişlə razılaşmırıq”, o vurğulayıb. Nazir əlavə edib ki, Qəzzada vəziyyət hələ də narahatlıq doğurur”, – nəşr yazıb.
Əliyar Xəlil
Globalinfo.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.