AZ

Ali Koç Mourinyonu niyə istefaya göndərdiyinin səbəbini açıqlayıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Fənərbağça" klubunun prezidenti Ali Koç Joze Mourinyonun baş məşqçi vəzifəsindən uzaqlaşdırılmasının səbəblərini açıqlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə o, "Hürriyet" qəzetinə danışıb.
A.Koç portuqaliyalı mütəxəssisi dost adlandıraraq, onunla vidalaşmağın çətin olduğunu bildirib:
"Biz Mourinyo ilə danışdıq ki, mövsümün sonunda daha dominant futbol oynamalıyıq. Hədəfimiz 99 xal toplamaq və 99 qol vurmaqdır. "Benfika" ilə oyunda məğlub olmağımızın özü qorxulu deyil, amma bunun başvermə tərzi yolverilməz idi. Bu, komandamızın ötən mövsümdəki kimi oynamağa davam edəcəyini göstərdi. Ona görə də Mourinyo ilə yollarımızı ayırmaq qərarına gəldik".
Qeyd edək ki, Mourinyo 2024-cü ilin yayından "Fənərbağça"nı çalışdırırdı.
Seçilən
70
oxu.az

1Mənbələr