Yazını böyüt
Yazını kiçilt
Yaxın vaxtlarda Türkiyə və Ermənistanın xüsusi nümayəndələrinin görüşü planlaşdırılır.
Hafta.az-ın məlumatına görə, bunu Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan öz "Facebook" səhifəsində yazıb.
Görüşün Ermənistanda baş tutacağı qeyd edilib.
"Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması prosesi çərçivəsində yaxın günlərdə Ermənistanda xüsusi nümayəndələr Ruben Rubinyan və Serdar Kılıçın görüşü planlaşdırılır", - deyə bildirilib.