AZ

Goranboyda TIR mağazaya girdi - Türkiyə vətəndaşı yaralandı

Goranboyda qəza olub.

"Unikal"ın  məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun Goran qəsəbəsindən keçən hissəsində baş verib. Hərəkətdə olan TIR markalı yük maşını idarəetmədən çıxaraq yol kənarındakı mağazaya girib. Qəza zamanı yük maşınının sürücü Türkiyə vətəndaşı xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə nəticəsində mağazaya və yük maşınına ziyan dəyib.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Tural Əhmədov 

Seçilən
1
unikal.az

1Mənbələr