Polşa Xarici İşlər Nazirliyi vətəndaşlarına Belarusu tərk etməyi və bu ölkəyə səfərlərdən çəkinməyi tövsiyə edib.
Operativ Media xəbər verir ki, bu barədə "RMF24" məlumat yayıb.
XİN sözçüsü Pavel Vronski bildirib ki, Belarus demokratik dövlət deyil və Polşaya dost münasibət göstərmir.
"Sərhədlərin bağlanması və digər gözlənilməz hallar təxliyəni çətinləşdirə bilər", - məlumatda deyilir.