AZ

"Əl-Şabab" "Milan"ın futbolçusunu aparır -3 dəfə çox maaş alacaq

"Milan" klubunun futbolçusu Yasin Adli karyerasını Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Şabab"da davam etdirəcək.

Fanat.Az xəbər verir ki, informasiyanı "Foot Mercato" yayıb.

Mənbə sözügedən klubların 25 yaşlı yarımmüdafiəçinin keçidi ilə bağlı razılığa gəldiklərini vurğulayıb. Məlumata görə, Adliyə 3 illik müqavilə və 7 milyon avro maaş təklif olunub ki, bu da onun hazırda İtaliya klubunda qazandığından təxminən 3 dəfə çoxdur.

Qeyd edək ki, Yasin ötən mövsüm icarə əsasında "Fiorentina"da top qovub.

Seçilən
1
1
fanat.az

2Mənbələr