MHL-in rəsmi saytı “Vaşinqton”un kapitanı Aleksandr Oveçkinin yeni mövsümdəki məhsuldarlığı ilə bağlı proqnozunu açıqlayıb.
"Football-plus.az" xəbər verir ki, jurnalistlərin və ekspertlərin fikrincə, 39 yaşlı rusiyalı forvard 39 qol vuracaq, 25 məhsuldar ötürmə verəcək, ümumilikdə 64 xal toplayacaq.
Oveçkin 2005-ci ilin oktyabrından bəri “Vaşinqton”un şərəfini qoruyur. Paytaxt klubu onu MHL-in 2004 draftımda 1 nömrə altında seçib. Rusiyalı hücumçu 2024/25 mövsümündə Ueyn Qretskinin müntəzəm çempionatda qol sayına görə rekordunu (894) yeniləyib. Hazırda Oveçkinin hesabında 897 qol var.
“Vaşinqton” MHL-in 2025/26 mövsümünə “Boston”la ev oyunu ilə başlayacaq. Həmin oyun oktyabrın 9-da Amerikanın paytaxtında keçiriləcək.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta