AZ

Oveçkin yeni mövsümdə 39 qol vuracaq?

ain.az bildirir, Footbal-plus saytına əsaslanaraq.

MHL-in rəsmi saytı “Vaşinqton”un kapitanı Aleksandr Oveçkinin yeni mövsümdəki məhsuldarlığı ilə bağlı proqnozunu açıqlayıb. "Football-plus.az" xəbər verir ki, jurnalistlərin və ekspertlərin fikrincə, 39 yaşlı rusiyalı forvard 39 qol vuracaq, 25 məhsuldar ötürmə verəcək, ümumilikdə 64 xal toplayacaq.Oveçkin 2005-ci ilin oktyabrından bəri “Vaşinqton”un şərəfini qoruyur. Paytaxt klubu onu MHL-in 2004 draftımda 1 nömrə altında seçib. Rusiyalı hücumçu 2024/25 mövsümündə Ueyn Qretskinin müntəzəm çempionatda qol sayına görə rekordunu (894) yeniləyib. Hazırda Oveçkinin hesabında 897 qol var.“Vaşinqton” MHL-in 2025/26 mövsümünə “Boston”la ev oyunu ilə başlayacaq. Həmin oyun oktyabrın 9-da Amerikanın paytaxtında keçiriləcək.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
13
1
icma.az

2Mənbələr