AZ

Türkiyə ABŞ-ni də devirdi

Taylanda keçirilən qadın voleybolçular arasında dünya çempionatı davam edir.

"Football-plus.az" xəbər verir ki, sentyabrın 3-4-də 1/4 final oyunları keçirildi.

Yaponiya amansız mübarizəyə səhnə olan oyunda Niderlandın müqavimətini qırdı. İtaliya isə Polşa üzərində asan qələbə qazandı. Srağagün Türkiyə də ABŞ-ni məğlub etməklə bütün dünyadan olan azarkeşlərinə sevinc bəxş etdi. Braziliya da Fransa üzərində asan qələbə qazandı. Bu gün keçiriləcək yarımfinal oyunlarında Braziliya İtaliya, Türkiyə isə Yaponiya ilə qarşılaşacaq.

1/4 final
Yaponiya - Niderland 3:2 (20:25, 25:20, 22:25, 25:22, 15:12)
İtaliya – Polşa 3:0 (25:17, 25:21, 25:18)
ABŞ – Türkiyə 1:3 (14:25, 25:22, 14:25, 23:25)
Braziliya – Fransa 3:0 (27:25, 33:31, 25:19)

Seçilən
10
1
football-plus.az

2Mənbələr