Yəmənin husilər hərəkatının rəhbərliyi İsrailə edilən hücumları “keyfiyyətli əməliyyat” adlandırıb və hücumların davam edəcəyini bildirir.
Musavat.com xəbər verir ki, “Ənsar Allah” hərəkatının Siyasi Bürosunun üzvü əl-Əsəd bu gün İsrailə edilən dron hücumlarını şərh edərkən "X" sosial şəbəkəsində yazıb:
“Əsl intiqam hələ başlamayıb… Sizi gözləyənlər bundan qat-qat çətin olacaq”.
Eyni zamanda, hərəkatın başqa yüksəkvəzifəli nümayəndəsi Əmir baş verənləri “keyfiyyətli hərbi əməliyyat” adlandırıb və xaricilərə təhlükəsizlik məqsədilə İsrail hava limanlarına səfər etməmələrini tövsiyə edib.
İsrail hərbi jurnalistlərinin məlumatına görə, konfliktin başlanmasından bəri husilər ən azı altı dəfə İsrail obyektlərinə uğurlu hücumlar həyata keçirib, bunlara bu günkü hava limanı atəşləri də daxildir.
Musavat.com