Şəmkir rayonunda təcili tibbi yardım briqadasını daşıyan avtomobil ağır yol-nəqliyyat hadisəsinə uğrayıb. Hadisə rayon ərazisində qeydə alınıb.
Moderator.az xəbər verir ki, ilkin məlumata görə, təcili yardım maşını idarəetmədən çıxaraq körpüdən aşıb. Qəza nəticəsində xəsarət alanların olduğu bildirilir. Onların vəziyyəti barədə dəqiq məlumat hələlik açıqlanmayıb.
Hadisə ilə bağlı araşdırma aparılır.