AZ

İtaliyanın qadınlardan ibarət komandası voleybol üzrə dünya çempionu oldu

İtaliyanın qadınlardan ibarət voleybol yığması dünya çempionatının final oyununda Türkiyə yığmasını məğlub edib.

Teleqraf xəbər verir ki, qarşılaşma 3-2 (25:23, 13:25, 26:24, 19:25, 15:8) hesabı ilə başa çatıb. Üçüncü yer uğrunda görüşdə Braziliya yığması Yaponiya komandasına 3-2 hesabı ilə qalib gəlib.

İtaliya yığması ikinci dəfə dünya çempionu olub. Bundan əvvəl italyanlar 2002-ci ildə titul qazanmışdılar.

Seçilən
40
teleqraf.com

1Mənbələr