AZ

"Milan"ın futbolçusu Səudiyyə Ərəbistanı klubuna keçir

İtaliyanın "Milan" klubunun futbolçusu Yasin Adli karyerasını Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Şabab"da davam etdirəcək.

"Ölkə.az" "Foot Mercato" nəşrinə istinadən xəbər verir ki, tərəflər 25 yaşlı yarımmüdafiəçinin keçidi ilə bağlı razılığa gəliblər.

Oyunçuya 7 milyon avro maaş və 3 illik müqavilə təklif olunub. Bu da Adlinin Milan klubundakı gəlirindən üç dəfə çoxdur.

Qeyd edək ki, Yasin Adli ötən mövsüm icarə əsasında "Fiorentina"da çıxış edib. PSJ-nin yetirməsi 2021-ci ilin yayında "Bordo"dan "Milan"a keçib.(report)

Seçilən
11
1
olke.az

2Mənbələr