BAKI, 7 sentyabr. TELEQRAF
Ukraynadakı müharibə Avropanın özünü müdafiə qabiliyyətini gücləndirmək haqqında düşünməyə vadar edir. Rusiyanın təcavüzünə qarşı çıxmaq üçün Kiyevin müttəfiqləri “kağız üzərində” deyil, etibarlı təhlükəsizlik təminatları verməlidir.
Teleqraf xəbər verir ki, bunu britaniyalı general Riçard Barrons "The Times" üçün yazdığı məqalədə bildirib.
O hesab edir ki, Qərb Ukraynanı etibarlı təhlükəsizlik təminatları ilə dəstəkləyə bilməsə, istənilən sülh sazişi döyüşlərin növbəti raunduna qədər sadəcə fasilə olacaq.
General vurğulayıb ki, Rusiya-Ukrayna müharibəsinin nəticəsi təkcə Kiyev və ya Moskvaya deyil, həm də bütün Avropaya təsir edəcək. Odur ki, gələcək sülh sazişini diqqətlə hazırlamaq lazımdır.
Barrons etiraf edir ki, əsas problem İngiltərə və digər Avropa ölkələrinin müdafiə qabiliyyətini artırması üçün on il vaxt lazımdır.
General bildirib ki, Ukraynanın gələcəyinin təmin edilməsi müəyyənedici hadisədir: "Etibarlı təhlükəsizlik təminatları ölkənin müstəqil dövlət kimi ayaqda qalmasına və öz yolunu sərbəst seçməsinə imkan verəcək. Təhlükəsizlik təminatları Ukrayna hərbçilərinin təlimi, sənaye tərəfdaşlığı və ya havada, dənizdə simvolik patrul xidməti ilə məhdudlaşa bilməz".
Barronsun sözlərinə görə, Rusiyaya qarşı sanksiyalar təhlükəsizlik təminatlarının bir hissəsi olmalıdır: "Bu məhdudiyyətlər Rusiyanın neft gəlirlərinə böyük ziyan vurmalıdır. Ukraynanın təhlükəsizlik zəmanəti uzunmüddətli olmalıdır. Britaniya və digər müttəfiqlər müəyyən edilmiş üç il müddətinə Ukraynada qoşun yerləşdirməyi öhdələrinə götürsələr, Moskva sadəcə olaraq bu müddət bitənə qədər gözləyəcək və yenidən hücuma keçəcək".
Barrons hesab edir ki, xarici qoşunların Ukraynada qalması müddəti ölkənin hərbi və sənaye cəhətdən özünü təmin edənə qədər davam etməlidirsözlərinə görə, bu, təhlükəsizlik təminatlarının təmin edilməsində böyük rol oynayacaq.