BAKI, 7 sentyabr. TELEQRAF
Bakı vaxtı ilə saat 19:28-də Ay Yerin penumbrasına toxunaraq, Ay tutulmasının penumbral fazasına səbəb olub.
Teleqraf xəbər verir ki, bu mərhələ gözə görünmür, çünki Yer peykinin parlaqlığı cüzi dəyişir.
Yalnız xüsusi fotometrik cihazlar Ayın parlaqlığının dəyişməsini göstərə bilər.
Qeyd edək ki,“Qanlı Ay” tutulması son yeddi ildə ilk dəfə dünyanın əksər hissələrindəmüşahidə edilir.
Yarımkölgəli Ay tutulması saat 19:28də, qismən tutulma saat 20:27-də, tam tutulma isə saat 21:30-da başlayacaq və 8sentyabr saat 00:55-də bitəcək.