Ağdaşda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun Ağdaş rayonu ərazisində qeydə alınıb.
Belə ki,"KIA" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə sürücü, 29 yaşlı Əhliman Mehdiyev aldığı xəsarətlərdən hadisə yerində həlak olub, sərnişin isə xəsarət alıb. pizza mizza
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Telegram kanalımız