BAKI, 7 sentyabr. TELEQRAF
ABŞ hakimiyyəti yaxın günlərdə Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi imkanlarını müzakirə edəcək.
Teleqraf xəbər verir ki, bu barədə "CBS News" kanalının efirində ABŞ maliyyə naziri Kevin Hassett bildirib.
"Əminəm ki, bu gün və sabah sanksiyaların miqyası və onların tətbiqi vaxtı ilə bağlı çoxlu müzakirələr aparılacaq", - nazir qeyd edib.
Hassett əlavə edib ki, son qərarı ABŞ prezidenti Donald Tramp verəcək . Onun sözlərinə görə, “sanksiyaların tətbiqi” məsələləri ilə Milli İqtisadi Şura məşğul olur.