BAKI, 7 sentyabr. TELEQRAF
ABŞ Prezidenti Donal Tramp Rusiyaya qarşı “sanksiyaların ikinci mərhələsinə” keçməyə hazır olduğunu bildirib.
Teleqraf xəbər verir ki, jurnalistlər Ağ Evdə ondan “Rusiyaya qarşı sanksiyaların ikinci mərhələsinə” hazır olub-olmadığını soruşublar.
Tramp suala "bəli, hazırram" - deyə, cavab verib.O, məsələ ilə bağlı əlavə şərh verməyib.
Ağ Evin Milli İqtisadi Şurasının rəhbəri Kevin Hassett isə mətbuata açıqlamasında bildiridb ki, yaxın günlərdə Rusiyaya qarşı sanksiyaların miqyası və tətbiqi vaxtı ilə bağlı müzakirələr aparılacaq.