AZ

Ali Koç açıqladı: Mourinyonu buna görə qovub

“Fənərbağça”nin prezidenti Ali Koç komandanın Çempionlar Liqasında mübarizəni dayandırmasında iki gün sonra baş məşqçi Joze Mourinyo ilə yolların ayrılma səbəbini açıqlayıb.

Publika.az xəbər verir ki, o, bu sözləri deyib:

“Biz Mourinyo ilə mövsümün sonunda daha dominant oyun nümayiş etdirməli olduğumuzu müzakirə etdik. Məqsədimiz 99 xal toplamaq və 99 qol vurmaq idi. “Benfika”ya uduzmağımız o qədər də qorxulu deyil, amma bu vəziyyətin necə baş verməsi qəbuledilməz idi. Bu mənə düşündürdü ki, komandamız keçən mövsüm kimi oynamaya davam edəcək, buna görə Mourinyonu yola saldıq”.

Seçilən
0
publika.az

1Mənbələr