AZ

Tələbələr yeni tədris ili qabağı kirayə mənzil tapa bilmirlər...VİDEO

Yeni tədris ili öncəsi kirayə mənzil bazarında canlanma müşahidə olunur...

Xezerxeber.az-ın xəbərinə görə, tələbələrin çoxu kirayə mənzil axtarır, amma təəssüf ki, paytaxtda münasib qiymətə, universitetə yaxın və normal şəraitli ev tapmaq çətindir. Araşdırmalar göstərir ki, tələbələrin əksəriyyəti aylıq 300-500 manat aralığında kirayə mənzil axtarır. Lakin, bu qiymətə uyğun ev tapmaq mümkünsüz olub.

Əvvəlki illərdə təhsil alan II, III və IV kurs tələbələri bir neçə nəfər toplanaraq 3-4 otaqlı mənzil kirayə götürə bilirlər. Onların bəziləri hətta yay boyu kirayə evi təhvil vermirlər ki, yeni ev axtaran zaman çətinliklə üzləşməsinlər.

Bölgələrdə yerləşən universitetlərdə eyni vəziyyət yaşanır. Tələbələr ev tapmaqda çətinlik çəkirlər. Məsələn, Gəncədə kirayə ev qiyməti 450 manatdır. əmlakçılar da qiymətlərin qalxdığını təsdiqləyirlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
2
xezerxeber.az

1Mənbələr