ain.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Türkiyənin İstanbul şəhərinin altı rayonunda kütləvi tədbir və mitinqlər sentyabrın 11-nə qədər qadağan edilib.
Globalinfo.az xəbər verir ki, bu barədə İstanbul vilayət administrasiyası məlumat yayıb.
Bildirilib ki, sentyabrın 10-u yerli saatla 23:59-a qədər Beşiktaş, Beyoğlu, Eyüpsultan, Kağıthane, Sarıyer və Şişli rayonlarında bütün mitinq, mətbuat açıqlaması, açıq hava toplantıları, aksiyalar, çadır qurma, stend açma və s. bu qəbildən olan bütün kütləvi tədbirlər ləğv olunub.
Qərarın səbəbi barədə məlumat paylaşılmayıb.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.