Bakı. Trend:
Çexiyanın paytaxtı Praqada özəl təyyarə qəzaya uğrayıb.
Trend CTKagentliyinə istinadla xəbər verir ki, hadisə Letnani rayonundakıpark ərazisində baş verib.
Məlumata görə, göyərtədə olan iki nəfərin hər ikisi həlak olub.Onların 1953-cü il təvəllüdlü qadın və 1979-cu il təvəllüdlü kişiolduğu açıqlanıb.
Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.