BAKI, 7 sentyabr. TELEQRAF
Gəncə şəhərinin Totanlı küçəsində şəhid Oqtay Məmmədov adına ehsan bulağının ətrafında yaranan antisanitar vəziyyət aradan qaldırılıb.
Teleqraf-ın iki gün öncə işıqlandırdığı bu problemlə əlaqədar aidiyyəti qurum əraziyə baxış keçirib.
Göygöl Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ərazi tullantılardan təmizlənib.