Yeni tədris ilindən Bakıda yerləşən ümumtəhsil müəssisələrində kağız jurnallardan istifadə edilməyəcək. Bütün proseslər yalnız "Rəqəmsal məktəb" platforması üzərindən aparılacaq.
Xezerxeber.az-ın xəbərinə görə, təhsil eksperti Elşən Qafarov deyir ki, elektron jurnal məktəblərdə dərs prosesinin və qiymətləndirmənin rəqəmsal şəkildə idarə olunmasını təmin edən sistemdir.
Elektron jurnal sistemi təkcə müəllimlər üçün deyil, valideyn və şagirdlər üçün də böyük rahatlıq yaradır. Valideynlər övladlarının dərsə davamiyyətini, qiymətlərini və irəliləyişlərini real vaxtda izləyə bilirlər. Bu isə ailə ilə məktəb arasında daha sıx əlaqə və əməkdaşlıq yaradır.
Ekspertin sözlərinə görə, bu ilin yanvar-fevral aylarından etibarən platformanın tətbiqi istiqamətində işlərə başlanılıb və bu müddət ərzində sistemin təkmilləşdirilməsi aparılıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.