AZ

Almaniyada velosiped yarışı zamanı baş verən qəzada 80-dən artıq iştirakçı xəsarət alıb

Almaniyanın Baden-Vürttemberq əyalətində keçirilən “Riderman” həvəskar velosiped yarışı zamanı qəza olub.Bu barədə “Spiegel” qəzeti xəbər verir.

Bad Dürrhaym şəhəri yaxınlığında qeydə alınan hadisə nəticəsində iştirakçılardan 20-si ağır, 60-dan çoxu yüngül xəsarət alıb. Onların bir qismi hadisə yerində ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanalara yerləşdirilib.

Qəzanın çoxlu sayda velosipedçinin marşrutun dar döngəli hissəsinə eyni anda daxil olması ilə yaranan sıxlıq nəticəsində baş verdiyi bildirilir.

Hadisə yerinə xilasedicilər və dörd təcili yardım helikopteri cəlb edilib.

 

Seçilən
8
3
anews.az

4Mənbələr