AZ

Tramp son dəfə HƏMAS-a XƏBƏRDARLIQ ETDİ

ABŞ Prezidenti Donald Tramp Fələstinin HƏMAS hərəkatını Qəzzada sülh razılaşması üçün ABŞ-ın şərtlərini qəbul etməyə çağırıb və əlavə edib ki, bu, son xəbərdarlıqdır.

Publika.az xəbər verir ki, bu barədə Ağ Ev rəhbərinin "Truth Social" səhifəsində məlumat verilib.

"Hər kəs girovların evlərinə getməsini, müharibənin bitməsini istəyir. İsraillilər mənim şərtlərimi qəbul etdilər. HƏMAS-ın da onları qəbul etmə vaxtıdır", - Tramp yazıb.

O əlavə edib ki, əlavə xəbərdarlıq olmayacaq.

Avqustun 25-də Tramp yaxın iki-üç həftə ərzində Qəzza zolağında hərbi münaqişəyə “inandırıcı son” veriləcəyini vəd edib.

Seçilən
1
2
publika.az

10Mənbələr