ABŞ-ın kəşfiyyat təyyarəsi "Bombardier Challenger 650 Artemis" Qara dəniz üzərində hava məkanında patrul uçuşları həyata keçirir.
Paralel.az xəbər verir ki, bu barədə "Flightradar24" məlumat yayıb.
Təyyarənin təyinatı açıqlanmır, lakin hazırda o, Türkiyənin şimal sahilləri yaxınlığında uçur.
Məlumata görə, bu tip təyyarələr yüzlərlə kilometr əraziyə kəşfiyyat aparmağa imkan verən xüsusi avadanlıqla təchiz olunur və onlar müntəzəm olaraq Qara və Baltik dənizləri üzərində patrul missiyaları həyata keçirirlər.(musavat.com)