PSJ-nin müdafiəçisi Prensel Kimpembe 20 ildən sonra Paris klubunu tərk edib.
İdman.biz xəbər verir ki, fransalı futbolçu karyerasını "Qətər" klubunda davam etdirəcək.
Klubun mətbuat xidməti 30 yaşlı mərkəz müdafiəçisinin 2025/2026 mövsümünün sonuna kimi müqavilə imzaladığını açıqlayıb.
Qeyd edək ki, Kimpembe 2005-ci ildə PSJ akademiyasına qoşulub. O, əsas komandada 241 rəsmi matç keçirib, 3 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.