Azərbaycan stolüstü tennisçiləri Qırğızıstanın Çolpan-Ata şəhərində təşkil olunan Türkdilli Dövlətlərin Universiadasında 2-ci yerə layiq görülüblər.
Apasport.az xəbər verir ki, Zemfira Mikayılova-Ləman Abulhəmidova cütlüyü Universiadada gümüş medal qazanıb.
Komanda yarışlarında Qırğızıstan idmançılarına 3:0, Qazaxıstan təmsilçilərinə 3:1 hesabı ilə qalib gələn Mikayılova-Abdulhəmidova tandemi finalda türkiyəli rəqiblərinə 1-3 hesabı ilə uduzublar.
Qeyd edək ki, sayca üçüncü olan Universiadaya sentyabrın 9-da yekun vurulacaq.
Stolüstü tennisçilərimiz Çexiyaya yollanıb
Təmsilçimiz Çində beynəlxalq təlim-məşq toplanışında iştirak edib
Ölkə birinciliyinə yekun vurulub
Stolüstü tennisçimiz İsveçə yollanıb
Təmsilçilərimiz beynəlxalq turnirdə bürünc medal qazanıblar