PSJ-nin mərkəz müdafiəçisi Presnel Kimpembe karyerasını Qətərdə davam etdirəcək.
90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, 30 yaşlı futbolçu Paris təmsilçisindən ayrılaraq “Qatar SC” ilə müqavilə imzalayıb. Transferin maliyyə detalları barədə məlumat verilməyib.
Kimpembe PSJ akademiyasına 2005-ci ildə qoşulub və əsas komandada 241 rəsmi matçda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.