AZ

İsrail HƏMAS qarşısında şərt qoydu: Girovları azad etsə, silahı yerə qoysa, müharibə bitər

İsrail bazar günü bir daha HƏMAS-a təslim olmaq çağırışı edib.

Bizim.Media xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

Məlumata görə, bu, yüz minlərlə fələstinlinin sığınacaq axtardığı Qəzzanın ən böyük şəhər mərkəzinə qarşı hərbi zərbələrin davam etdiyi vaxt baş verib.

Xarici işlər naziri Gideon Saar Qüdsdə jurnalistlərə bildirib ki, əgər HƏMAS Qəzzada saxladığı girovları azad etsə və silahı yerə qoysa, müharibə dərhal bitər.

“Biz bu məqsədə siyasi yolla nail olmağa çox məmnun olarıq”, – o deyib.

Buna cavab olaraq, HƏMAS-ın yüksək vəzifəli rəsmisi Basem Naim “Reuters“ə bildirib ki, təşkilat silahı yerə qoymayacaq, lakin İsrail müharibəni dayandırıb qüvvələrini Qəzzadan çıxararsa, bütün girovları azad etməyə hazırdır. Bu, fələstinli qrupun uzun müddətdir mövqeyidir.

İsrail ordusundan agentliyə bildirilib ki, İsrail qüvvələri “Qəzza zolağında terror təşkilatlarına qarşı əməliyyatları davam etdirəcək və İsrail vətəndaşlarına qarşı hər hansı təhlükəni aradan qaldıracaq”.

Bizim.Media

Seçilən
12
6
bizim.media

7Mənbələr