ain.az, Apa.az portalına istinadən məlumat yayır.
HƏMAS hərəkatı Qəzza zolağında atəşkəs və orada saxlanılan bütün girovların azad edilməsi ilə bağlı danışıqlara dərhal qayıtmağa hazır olduğunu açıqlayıb.
APA xəbər verir ki, bununla bağlı bəyanat hərəkatın “Telegram” kanalında dərc olunub.
“HƏMAS dərhal danışıqlar masası arxasına əyləşərək müharibənin dayandırılması, İsrail qoşunlarının Qəzzadan çıxarılması və orada dərhal işə başlayacaq müstəqil Fələstin hökumətinin yaradılması müqabilində bütün girovların azad edilməsi məsələsini müzakirə etməyə hazırdır”, - deyə məlumatda bildirilir.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.