Mədəni bitkilərin genetik ehtiyatlarının idarəetmə sistemi kolleksiyaların qorunması və istifadəsinin səmərəliliyini təmin edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” qanunda əksini tapıb.
Sistemə elmi-tədqiqat müəssisələri, genbank, seleksiya mərkəzləri və qeyri-hökumət təşkilatları daxildir.
Elmi-Texniki Şura və Milli əlaqələndirici institut idarəetmədə əsas rol oynayır.
İxtisaslaşdırılmış ekspert şuraları və işçi qrupları prioritet fəaliyyət istiqamətləri üzrə fəaliyyət göstərir.