AZ

Pakistanda musson yağışları nəticəsində ölənlərin sayı 905 nəfərə çatıb

ain.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Pakistanda iyunun 26-da başlayan musson yağışları nəticəsində yaranan sel və torpaq sürüşmələrində ölənlərin sayı 905-ə çatıb.

APA xəbər verir ki, bu haqda Pakistan Milli Fəlakət İdarəetmə Agentliyi (NDMA) məlumat yayıb.

Yağışların ən çox vurduğu bölgə Pəncab əyaləti olub. Üç çayın daşması nəticəsində əyalətdə 1,3 milyon hektar əkin sahəsi su altında qalıb.

Avqustun sonundan indiyədək 4100-dən çox kənd və 4,2 milyon insan daşqınlardan zərər çəkib, 2 milyondan çox insan təhlükəsiz ərazilərə köçürülüb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
38
5
apa.az

6Mənbələr