Türkiyə hökuməti CHP-nin İstanbul ofisinin qarşısını blokadaya alıb.
Bu barədə yerli media məlumat yayıb.
CHP İstanbul Gənclik Qolunun çağırışının ardından partiyanın İstanbuldakı Baş Qərargahının qarşısında gərgin anlar yaşanıb. Əraziyə çoxlu sayda çevik qüvvət qrupları göndərilib, polis qərargahı mühasirəyə alaraq ora gedən yolları bağlayıb. CHP rəsmiləri ilə polis arasında mübahisə düşüb.
Qərargaha çatmaq istəyən yüzlərlə vətəndaş polis barrikadalarını aşmağa cəhd edib. Etirazçılar “Aç, aç, barrikadanı aç”, “Sən kimin polisisən?”, “Sarayın yox, xalqın polisi ol”, “Yüklən, yüklən, barrikadaya yüklən” kimi şüarlar səsləndirərək etiraz ediblər.
Bəzi vətəndaşlar barrikadaları yararaq CHP-nin İstanbul qərargahına doğru hərəkət ediblər. Bunun ardından Avangart girişindəki baryerlər aşılaraq əraziyə əlavə çevik qüvvələr və iki TOMA maşını gətirilib.
Qərargaha yürüş edən qruplarla polis arasında ara-sıra gərginlik yaşanıb. Təhlükəsizlik qüvvələri bir çox nöqtədə nəzarəti gücləndirərək binanın giriş-çıxışlarını bağlayıb, baryerləri keçməyə çalışan vətəndaşlara müdaxilə edib.
Globalinfo.az