BAKI, 8 sentyabr. TELEQRAF
Çikaqo şəhərinə qarşı müharibə etmək niyyətində deyilik.
Teleqraf xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bu bəyanatı jurnalistlərlə ünsiyyət zamanı səsləndirib.
“Biz müharibə etmək niyyətində deyilik. Biz şəhərlərimizi təmizləmək istəyirik", -Ağ Ev rəhbəri bildirib.
Xatırladaq ki, daha əvvəl Tramp özünün “Truth Social” sosial şəbəkəsində "Çipokalipsis bu gün" yazısı ilə şəkil paylaşıb. O, həmçinin səhərlər deportasiya qoxusunu sevdiyini bildirib. Onun sözlərinə görə, Çikaqo "tezliklə Pentaqonun niyə indi Müharibə Nazirliyi adlandırıldığını biləcək".