2026-cı ildə təşkil olunacaq futbol üzrə dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin növbəti oyunları keçirilib.
Publika.az xəbər verir ki, A, G, J və E qrupunda ümumilikdə 8 qarşılaşma gerçəkləşib.
A qrupunda yer alan Almaniya yığması Şimali İrlandiyanı qəbul ediv və inamlı qələbəyə sevinib. E qrupunda qərarlaşan Türkiyə millisi isə İspaniya seçməsi ilə üz-üzə gəlib və evdə 6 cavabsız qola üzülüb. Qazaxıstan yığması isə Belçikaya səfərdə oxşar hesabla uduzub.
DÇ-2026, seçmə mərhələ
7 sentyabr
A qrupu
Almaniya – Şimali İrlandiya 3:1
Qollar: Qnabri, 7. Amiri, 69. Virts, 72 – Prays, 34.
Lüksemburq – Slovakiya 0:1
Qol: Riqo, 90.
Xal: Slovakiya – 6. Almaniya – 3. Şimali İrlandiya – 3. Lüksemburq – 0.
G qrupu
Litva – Niderland 2:3
Qollar: Ginetis, 36. Girvaynis, 43 – Depay, 11; 63. Timber, 33.
Polşa – Finlandiya 3:1
Qollar: Keş, 27. Levandovski, 45+2. Kaminski, 55 – Kallman, 88.