AZ

İstanbulda kütləvi etirazlar başlayıb

İstanbulda kütləvi etirazlar başlayıb və polis əməkdaşları ilə etirazçılar arasında toqquşmaya çevrilib...

Poliqon bu barədə Life SHOT nəşrinə istinadən xəbər verir.

Etirazlar müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) tərəfdarlarının Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın siyasətindən narazılığı səbəbindən yaranıb.

Bir gün əvvəl İstanbul hakimiyyəti şəhərin mərkəzi rayonları da daxil olmaqla altı rayonunda mitinq və nümayişləri qadağan edib və qərar üç gündən çox müddətə qüvvədə olacaq. Səlahiyyətlilərin açıqlamasında bildirilir ki, qadağa 7 sentyabr saat 21:00-dan (Bakı vaxtı ilə) 10 sentyabr Çərşənbə günü saat 23:59-a qədər tətbiq olunacaq. Beşiktaş, Beyoğlu, Eyüpsultan, Kağıthane, Sarıyer və Şişli rayonlarında tətbiq olunacaq.

Poliqon.info

Seçilən
75
poliqon.info

1Mənbələr