AZ

Tramp Putinlə danışıqlar aparacağını açıqlayıb

ABŞ prezidenti Donald Tramp yaxın günlərdə rusiyalı həmkarı Vladimir Putinlə telefon danışıqları aparmaq niyyətində olduğunu açıqlayıb...

Poliqon xəbər verir ki, onun sözlərini RİA Novosti nəşri yayıb.

"Çox yaxında. Yaxın bir neçə gündə", Tramp Putinlə gözlənilən söhbətlə bağlı sualı cavablandırarkən deyib.

Sentyabrın 5-də ABŞ prezidenti də yaxın vaxtlarda rusiyalı həmkarı ilə danışmağa hazırlaşdığını bəyan edib.

Eyni zamanda, həmin gün Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bəyan edib ki, Kreml hələ də ABŞ-dan Putinin Trampla danışması tələbini eşitməyib.

Poliqon.info

Seçilən
49
poliqon.info

1Mənbələr