AZ

Tramp: Tezliklə Qəzza ilə bağlı razılaşmalar əldə olunacaq

BAKI, 8 sentyabr. TELEQRAF

Tezliklə Qəzza sektorunda münaqişənin nizamlanması ilə bağlı razılaşmalar əldə olunacaq.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ lideri Donald Tramp Vaşinqton yaxınlığındakı Endrüs hərbi bazasında jurnalistlərin suallarını cavablandırarkən bildirib.

"Hesab edirəm ki, çox tezliklə Qəzza ilə bağlı sazişimiz olacaq", - ABŞ lideri söyləyib.

Xatırladaq ki, daha əvvəl Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında atəşkəs və orada saxlanılan bütün girovların azad edilməsi ilə bağlı danışıqlara dərhal qayıtmağa hazır olduğunu bəyan edib.

Seçilən
56
teleqraf.com

1Mənbələr