AZ

Zelenski Alyaska sammitinə görə Trampdan İNCİDİ

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampın Rusiya lideri Vladimir Putinlə Alyaskada keçiriləcək sammitə dəvət edilməməsinə görə narazılığını bildirib.

Publika.az xəbər verir ki, o, bu barədə ABC telekanalına müsahibəsində bildirib.

Ukrayna lideri qeyd edib ki, o, bu qərarı səhv hesab edir, çünki bu, Rusiya prezidenti üçün faydalı ola bilərdi.

"Ukraynanın orada olmaması utancvericidir, çünki düşünürəm ki, prezident Tramp Putinə istədiyini verib", - Zelenski deyib.

Avqust ayında Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp son 7 ildə ilk genişmiqyaslı görüşlərini keçiriblər. Sammit Alyaskadakı Elmendorf-Richardson Hərbi Hava Qüvvələri bazasında baş tutub və liderlərin “əhəmiyyətli irəliləyiş” elan etmələri ilə başa çatıb, lakin heç bir razılaşma imzalanmayıb.

Seçilən
181
publika.az

1Mənbələr