NASA-nın son peyk təsvirlərinə görə, İranın Urmiya gölü demək olar ki, tamamilə quruyaraq böyük bir duz düzənliyinə çevrilib. Bu barədə Araz News xəbər verib.
Mütəxəssislər əsas səbəblər kimi uzunmüddətli quraqlığı, iqlim dəyişikliyini, su anbarlarının tikintisini və kənd təsərrüfatında həddən artıq su istifadəsini göstərirlər.
Gölün quruması ciddi ekoloji nəticələrə gətirib çıxarıb: su quşlarının sayının azalması, havada duz və tozun yayılması yerli əhali üçün yeni sağlamlıq riskləri yaradıb.
Alimlərin sözlərinə görə, Urmiyədə təbii tarazlıq tamamilə pozulub və region ekoloji fəlakət astanasındadır.
N.Təbrizli